Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikol Fransada dəhşətli səhv buraxdı - Mnatsakanyan

Nikol Fransada dəhşətli səhv buraxdı - Mnatsakanyan

Tarix: 2 Iyun 2021 17:08

Nikol Paşinyanın Fransa və Belçikaya səfəri oldu. Bununla o öz siyasi ölümünə qol çəkdi. Bəzən sonunu sürətləndirməmək üçün bu tip xaricə səfərlərdən çəkinmək gərəkdir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın siyasi şərhçisi Ramella Mnatsakanyan bildirib.

Onun sözlərinə görə, ermənilər hər gün Nikola qarşı sürülən çoxlu sayda ittihamların şahidi olurlar:

"Şübhəsiz ki, o, sudan quru çıxmaq üçün çoxlu sayda yalan, riya, manipulyasiya və digər bu tip yollara əl atıb. Amma bu dəfə o, ölümcül, dəhşətli səhv etdi. Onun Fransa və Belçikaya səfərləri zamanı buraxdığı səhvlər yalnız siyasi opponentləri tərəfindən deyil, artıq bir çoxları tərəfindən dilə gətirilir. Hələ üstəlik səfərin günü də təsadüfü seçilməyib - Nikolun doğum gününə təsadüf edib. Bu, yəqin ki, Ermənistanın ən yeni tarixində ən bahalı baş nazir ad günü kimi tarixə düşəcək.

Qərb istiqamətində gedən Nikol göyə bumeranq buraxmış olub, hansı ki sonda onun özünə dəyəcək. O, Parisdə Rusiyanın son bəyanatlarına və addımlarına tamamilə məhəl qoymadı. Kremldə isə hər kəs bunu görür və qeydə alır.

O, bu səhv ilə yalnız özünü deyil, bütün Ermənistanın gələcəyini, müstəqiliyini, ümumiyyətlə dövlətçiliyini dəfn edir. Bu səhvdən sonra o, ən yaxşı halda baş nazir seçilməyəcək. Onu da qeyd edim ki, Ermənistanda kim seçkilərdə qalib olsa da, üçtərəfli razılaşmanın müddüalarına riayət edəcək".


Etiketlər:  Nikol Fransada dəhşətli səhv buraxdı Mnatsakanyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ