Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 17:45
Türkiyədə musiqiçilər karantin rejiminin qaydalarından gileylənirlər. Buna səbəb onların işlərinə maneə olmasıdır. Bu üzdən bir çox tanınmış müğənni mövcud duruma etiraz edib. İfaçı Tuğba Əkinçi isə gileyini fərqli tərzdə dilə gətirib.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək bunları yazıb:
"Dünyanın ən zəki, ən xarizmatik prezidenti, sizdən musiqiçilər üçün düzənləmə rica edirəm. Həmkarlarımın xitab formaları üçün üzr istəyirəm. Adam kimi istəməyi, tələffüzü öyrənə bilmədilər".