Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin dağlarında güclü yağışlar nəticəsində 9 nəfər həyatını itirib

Çin dağlarında güclü yağışlar nəticəsində 9 nəfər həyatını itirib

Tarix: 5 Avqust 2019 08:36

Bakı. Trend:

Çinin Hubey mərkəzi vilayətində güclü yağışın səbəb olduğu dağ çaylarının daşması nəticəsində 9 nəfər həlak olub, daha dörd nəfər isə itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, hadisə avqustun 4-də yerli vaxtla saat 23:00-da baş verib. Həmin vaxtda güclü yağıntılar nəticəsində onlarla insan dağlıq dərəsinə düşüblər.

Hadisə yerinə 14 avtomobil və qəza-xilasetmə xidmətinin 60-dan çox əməkdaşı cəlb edilib. Axtarış işləri davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çin dağlarında güclü yağışlar nəticəsində nəfər həyatını itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ