Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 15:44
Moskva şəhər prokurorluğu rəfiqəsinin uşağını pəncərədən küçəyə atan qadın barəsində 18 il altı aylıq həbs qərarı çıxarılmasını tələb edib.
Sonxeber.net itar-tass-a istinadən xəbər verir ki, ittiham olunan qadın tanışının evinə gəlib. Və o mağazaya gedəndən sonra üçaylıq uşağı 13 mərtəbədən yerə atıb. Bu vəhşiliyin səbəbini isə uşağın anası ilə aralarında yaşanan münaqişə ilə əlaqələndirib. Daha sonra isə psixi problemi olduğunu bildirsə də, həkimlər onun yalan dediyini müəyyən ediblər.
Kamran Seyidov