Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 18:56
Düşmən tapdağındakı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canını fəda edən igidlərimizdən biri də Səbuhi İsgəndərlidir. Hərbi xidmətdə ikən vətən müharibəsinə qatılan Səbuhi Füzuli, Cəbrayıl və Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. O, ötən il oktybarın 22-də Zəngilanın Vejnəli kəndində snayper gülləsinə tuş gələrək şəhadətə ucalıb. Səbuhi Məmmədli ölümündən sonra 3 medalla təltif edilib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, işğal altındakı torpaqlarımızın azad edilməsində onun da payı var. Söhbət 44 günlük vətən müharibəsində şəhadətə ucalmış Səbuhi İsgəndərlidən gedir. O, 2001 ci ilin iyunun 25-də Tərtər rayonunda anadan olub, daha sonra ailəsi ilə birlikdə ata yurdu Şəkiyə köçüb. Orta təhsilini başa vurduqdan sonra Yevlax rayonunda Dövlət sərhəd xidmətinin Çevik Hərəkət dəstəsində xidmət edib.
Hərbi xidmətdə olarkən Vətən müharibəsi başlayıb və o, da ilk gündən döyüşlərə qatılıb. Səbuhi İsgəndərli Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.
O, ötən il oktyabrın 22-də da Zəngilanın Vejnəli kəndi uğrunda gedən döyüşlərdə snayperlə vurularaq qəhrəmancasına şəhid olub.
Səbuhi İsgəndərli ölümündən sonra ''Vətən uğrunda'' ,'' İgidliyə görə '' və ''Zəngilanın azad olunmasına görə '' medalları ilə təltif olunub.