Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şeymanın 801 minlik nişan üzüyü - FOTOlar

Şeymanın 801 minlik nişan üzüyü - FOTOlar

Tarix: 4 Iyun 2021 12:25

Ötən gün misirli biznesmen sevgilisi Muhammed Alsaloussidən evlilik təklifi alan Şeyma Subaşının özəl günündə üzərində olan geyim və aksessuarları diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  Subaşının libasının 5 420 TL (təxminən 1 072 manat) olduğu məlum olub.

Şeymanın "Cartier" markasına məxsus saatı 261 min TL (təxminən 51 min 651 manat), "Bvlgari" brendindən olan qolbağı isə 24 min 470 TL-dir (təxminən 4 842 manat). Onun ziynət əşyalarının ümumi dəyəri isə 285 min TL-dir (təxminən 56 401 manat). Muhammedin ona verdiyi "Tiffany & Co" brendindən olan nişan üzüyü isə 801 min 540 TL-dir (təxminən 158 min 624 manat).

Qeyd edək ki, Ş.Subaşı türkiyəli iş adamı Acun Ilıcalı ilə evli olub. Onların bu nikahdan 1 qızı var.

Milli.Az


Etiketlər:  Şeymanın minlik nişan üzüyü FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ