Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Agentliyi səhiyyə xidmətində dəyişikliklər etdi: yeniliklər nədən xəbər verir? - VİDEO

Dövlət Agentliyi səhiyyə xidmətində dəyişikliklər etdi: yeniliklər nədən xəbər verir? - VİDEO

Tarix: 5 Iyun 2021 16:40

Paytaxtda fəaliyyət göstərən tibb müəssisələri vahid bir mərkədə birləşəcəklər. Artıq bununla bağlı işlər yekunlaşıb. Bu məqsədlə yeni  tibb müəssisəsi mərkəzi yaradılıb.

Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə xidmətində bir sıra yeniliklər edib. Belə ki, ölkəmizdə 11 yeni tibb mərkəzi yaradılıb. Bunu jurnalistlərə açıqlamasında Agentliyin Tibbi İddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. 

O bildirib ki, aprelin 1-dən tibb müəssisələrində bir sıra struktur dəyişikləri həyata keçirilir.

Departament rəhbəri bildirib ki, aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. 

Vüqar Qurbanov həmçinin bildirib ki, bundan sonra hər bir mərkəz öz maliyyə və siğorta hesabatlarını icbari siğorta agentliyinə özləri təqdim edəcəklər.


Etiketlər:  Dövlət Agentliyi səhiyyə xidmətində dəyişikliklər etdi yeniliklər nədən xəbər verir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ