Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şamaxıda suvarma sistemləri müasirləşdirilir - VİDEO

Şamaxıda suvarma sistemləri müasirləşdirilir - VİDEO

Tarix: 5 Iyun 2021 18:38

Şamaxı Suvarma Sistemləri idarəsi tərəfindən Şamaxı və Qobustan rayonlarında 8 min hektardan artıq əkin sahəsi suvarılır. Şamaxıda 6870 hektar, Qobustan rayonunda isə 1147 hektar əkin sahəsini suvarmaq üçün 100 km-dən artıq torpaq kanallardan istifadə edilir. Bu vaxta qədər ümumilikdə 4350 hektar dənli bitkilərin əkildiyi sahələr artıq suvarılıb. Su itkisinin qarşısının alınması üçün 7,5 km-lik Şamaxı Tibark kanalının betonlaşması üçün layihə hazırlanıb. Bunun 1,7 km-i 2020-ci ildə beton üzlüyə alınıb, qalan hissəsi isə bu il davam etdiriləcək.

Sonxeber.net realtv-yə istinadən xəbər verir ki, Şamaxıda suvarmanı mütəşəkkil təmin etmək üçün əsasən su tutarlarından istifadə olunur. Yaradılan su tutarları suvarmada ehtiyat rolunu oynayır. Suvarma suyuna ehtiyac olduqda tutarlardan kanallara su ötürülür.

Qeyd edək ki, Şamaxı və Qobustan rayonlarında əsasən buğda, arpa, tərəvəz bitkiləri və əsasən üzüm əkilir.


Etiketlər:  Şamaxıda suvarma sistemləri müasirləşdirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ