Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

Tarix: 6 Iyun 2021 20:48

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşmiş diaspor təşkilatlarının liderləri Kəlbəcərdə  azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə  müraciət ediblər.

Milli.Az xəbər verir ki, "USA Today", BBC, CNN, "The New York Times", "The Guardian", "Washington Post", "Herald", "Newsweek", "Tribune" kimi media orqanlarına ünvanlanan müraciətdə bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasına baxmayaraq, Ermənistan bu müqaviləni və beynəlxalq öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Azərbaycanın israrlı tələblərinə baxmayaraq, Ermənistan işğaldan azad edilmiş ərazilərdə yerləşdirdiyi mina xəritələrini təhvil vermədkən imtina edir. Üstəlik, Azərbaycanın yaşayış məntəqələrində və yollarında yeni minalar yerləşdirilməsi kimi məkrli məqsədlə diversant qruplarını ölkəmizin ərazilərinə göndərir. Bu məkrli və qeyri-insani siyasətin nəticəsində indiyədək 100-dən çox insanın həlak olduğu və yaralandığı, 4 iyun tarixində isə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olduğu və yaralandığı nəzərə çatdırılıb. 

Müraciəti Azərbaycan-Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan-Nyu York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika- Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta-Azərbaycan İcması nümayəndəsi Əsmər Qarayeva, Florida-Azərbaycan Cəmiyyətininn rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota- Azərbaycan Assosiasisiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı və Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova imzalayıblar.

Milli.Az


Etiketlər:  Amerika Azərbaycanlılarının Koordinasiya Şurası aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ