Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2021 23:03
Çörək bəslənməmizdə xüsusi yer verdiyimiz qidadır. Çörəyi yediyimiz qədər hansı növünü seçdiyimiz də önəmlidir.
Sonxeber.net xəbər verir ki, diyetoloq Aslıhan Küçük Budak bununla bağlı bəzi məlumatlar verib:
"Tam buğda unlu, çovdar, yulaf kimi tam taxıllı çörəklər dəmir, maqnezium, selenium, B vitaminləri ilə zəngindir və yüksək diyet lifli tərkibi ilə qan şəkərini normada saxlayar, uzun müddət toxluq hissi yaradar, bağırsaq hərəkətlərini və qan parametrlərini yaxşılaşdırar. Ağ çörək isə qan şəkərini yüksəldir və tez acmağa səbəb olur".
100 FAİZ TAM BUĞDA UNLU ÇÖRƏK
Bu çörəkləri alarkən 100 faiz tam buğda unundan olmasına fikir verin.
MAYALI TAM BUĞDA UNLU ÇÖRƏK
Turş mayalı çörək bağırsaq sağlamlığını qoruyur və həzmi dəstəkləyir. Bu cür mayalı çörəklər həm tam buğda, həm də ağ undan hazırlanır.
YULAF ÇÖRƏYİ
Yulaf çörəyi ümumi olaraq yulaf, tam buğda unu, maya, su və duzdan hazırlanır. Yulaf, xolesterolu aşağı edir, qan şəkərini normallaşdırır və yüksək təzyiqi aşağı etməyə kömək edən beta-glukan və magnezium, tiamin, dəmir və sink kimi faydalı bəsinlərlə zəngindir. Bu səbəblə yulaf çörəyi də sağlam bir seçimdir. /medicina.az