Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 11:14
Hazırda Azərbaycan Rusiya sərhədində 1300-dən çox yük maşını növbə gözləyir. Hər il məhsullarının ixracının artması ilə əlaqədar bu problem yaşanır. Ona görə də avtonəqliyyat vasitələri ilə yanaşı dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması tövsiyə olunur. Bununla əlaqədar Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov bildirib ki, mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar, avtonəqliyyat vasitələri ilə yanaşı dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması tövsüyə olunur. Bununla əlaqədar Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC-də qeyd olunan operativ işçi qrupunun üzvüdür.
Departament rəisi yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun mümkünlüyünə hazır olduğunu bildirir. Operativ məsələlərin həlli üçün qaynar xətt yaradılıb.
Emil Əhmədov onu da əlavə edib ki, hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq 20-25% aşağı qiymətə başa gəlir.