Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəhrəman şəhidimiz Rauf Babayev - VİDEO

Qəhrəman şəhidimiz Rauf Babayev - VİDEO

Tarix: 8 Iyun 2021 11:30

44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlardan biri də Rauf Babayev olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Rauf  Babayev 2001-ci ilin iyununda Xaçmaz şəhərində anadan olub.

Orta məktəbi bitirdikdən sonra, 2019-cu ildə Goronboyda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. Hərbi xidmətdə olarkən Vətən müharibəsi başlayıb və Rauf Babayev ilk günlərdən gərgin döyüşlərə qatılıb.

Rauf Goranboyun Tapqaraqoyunlu kəndində və Ağdərə istiqamətində gedən qızgın döyüşlərdə böyük şücaət göstərib. Düşmənin canlı qüvvəsinin məhv edilməsinə fəal iştirak edib. Ağdərə istiqamətində şəhid olan Rauf Babayevin nəşi ölümündən təxminən 2 ay sonra tapılaraq ötən il dekabrın 6-da torpağa tapşırılıb.

Qəhrəmanımız  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qəhrəman şəhidimiz Rauf Babayev VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ