Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Norveçli Samirəyə görə Bakıya gəlir - ''Adətlərimiz fərqlidir, bir-birimizi tanımalıyıq''

Norveçli Samirəyə görə Bakıya gəlir - ''Adətlərimiz fərqlidir, bir-birimizi tanımalıyıq''

Tarix: 8 Iyun 2021 18:10

"Beş ildir seçim turlarına qatılıram, alınmırdı. Altıncıda alındı və pandemiyaya düşdü. Yeddinci il o səhnəni gördüm. 20-ci yerlə heç razı deyiləm. İstər vokal, istər çıxış baxımdan yüksək çıxış etdim".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri "Eurovision 2021" təmsilçimiz Samirə Əfəndi "Elgizlə izlə" proqramında deyib. Sənətçi 20-ci yeri qazanması ilə razılaşmadığını söyləyib. Samirə bildirib ki, yenidən "Eurovision"a getməyi arzulayır.

Müğənni Norveç təmsilçisi "TİX"la olan sevgi münasibətinə də toxunub:

"Oğlan Bakıya gəlmək istəyir. Sərhəddə problem yarandığı üçün qalıb. İsrar da etmirəm gəlsin. Koronavirusla bağlı təhlükə var. Adətlərimiz fərqlidir, bir-birimizi tanımalıyıq".

Proqramda qonaq olan məşhur stilist Anar Ağakişiyev "TİX"ın qolundakı qızıl qolbağı Samirəyə hədiyyə etdiyini söyləyib.


Etiketlər:  Norveçli Samirəyə görə Bakıya gəlir Adətlərimiz fərqlidir birimizi tanımalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ