Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 17:56
Qəbələ" klubu 50 min manat məbləğində cərimə olunacaq.
Qol.az xəbər verir, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə bugünkü açıqlamasında deyib. O, klubun əvəzedici komandasının 2019/2020 mövsümündə birinci sdvizionda iştirakdan imtina etdiyi üçün cərimələndiyini bildirib.
R.Musayev hər bir kluba əvəzedici komandasının birinci divizionda iştirakı üçün 50 min manat veriləcəyini də əlavə edib.
Qeyd edək ki, "Qəbələ"nin əvəzedici komandası ötən mövsüm də birinci diviziondan imtina etmişdi.