Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 20:40
Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran "Qəbələ" yoxlama oyunu keçirib.
Qol.az-ın məlumatına görə, əyalət təmsilçisi Küveytin "Al-Samiya" klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matç "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında Gürcüstanın "Dinamo" klubuna evdə 0:2, səfərdə 0:3 hesabı ilə uduzub.
5 avqust
Yoxlama oyunu
"Qəbələ" - "Al-Samiya" - 2:0
Qollar: Asif Məmmədov 70, Fernan Lopez isə 87