Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 21:16
"Real"ın kapitanı Serxio Ramos klubun yeni müqavilə üçün təklifi ilə bağlı fikrini dəyişib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, 35 yaşlı müdafiəçi maaşının 10 faizinin azaldılması şərti ilə sözləşmə imzalamağa razı olub.ı Lakin klub rəhbərliyi ispaniyalı oyunçuya sözügedən təklifin yalnız 2020/21 mövsümün sonunadək qüvvədə olduğunu bildirib. Madrid təmsilçisi artıq Ramosu planlarına daxil etmədən yeni heyət qurmağın üzərində işləyir.
Qeyd edək ki, Ramosun müqaviləsinin müddəti bu ay başa çatır. O, 2005-ci ildən "Real"da oynayır.