Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhvə insan orqanizmində nəyi bərpa edə bilmir?

Qəhvə insan orqanizmində nəyi bərpa edə bilmir?

Tarix: 10 Iyun 2021 22:57

Qərb alimləri kofeinin daha sürətli oyanmağa kömək etdiyini və enerji miqdarını artırdığını, lakin bədənin bərpası üçün yuxu saatlarını əvəz edə bilmədiyini aşkar edib. Miçiqan Universitetinin Psixiatriya və Psixologiya Bölməsinin nümayəndələri qəhvənin yuxu çatışmazlığının idrak qabiliyyətinə mənfi təsirinin aradan qaldırılmasına necə kömək etdiyini qiymətləndirməyə çalışıb.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, alimlər 275 könüllünün qatıldığı bir təcrübə keçirib. Təcrübə zamanı alimlər, yuxu çatışmazlığı vaxtı qəhvənin, beyin fəaliyyətinə səbəb olan stimullaşdırıcı xüsusiyyətinə etibar etməyin zəruriliyini sübut edib. Mütəxəssislərin sözlərinə görə, qəhvə enerji səviyyəsini artırır və hətta əhval-ruhiyyəni yaxşılaşdırır, lakin gecə yuxusunu əvəz etmir. Mütəxəssislər həmçinin xroniki yuxu çatışmazlığının idraka, əhval-ruhiyyə və immunitetə mənfi təsir etdiyini qeyd edir.


Etiketlər:  Qəhvə insan orqanizmində nəyi bərpa edə bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ