Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 10:00
18 həftəlik hamilə olan türkiyəli müğənni Bengü koronavirusa qarşı peyvənd vurdurub. Bu vəziyyət Türkiyə Səhiyyə Nazirliyinin hamilə qadınlarla bağlı tövsiyələrini yenidən gündəmə gətirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, səhiyyə qurumu mRNA peyvəndi (Virusun genetik kodunun bir hissəsi alınır və hüceyrələrə nüfuz etmək üçün yağ ilə örtülür) etmək istəyənlərə hamiləlik dövründə onun tətbiqinin nəticələri barədə tam məlumatlı olmadıqları barədə xəbərdarlıq edib.
"COVID-19-u ağır keçirmə riski olan hamilələr öz istəkləri ilə peyvənd vurdura bilərlər. Vaksinasiyanın hamiləliyin ilk üç ayında tətbiq edilməməsi tövsiyə olunur", - deyə onlar tövsiyələrinə əlavə ediblər.
Müğənni Bengü çoxsaylı suallardan sonra bununla bağlı özünün "Instagram" hesabında mövzuya aydınlıq gətirib.