Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mall''lar açıldı: Alıcılar necə qayıdacaq?

''Mall''lar açıldı: Alıcılar necə qayıdacaq?

Tarix: 11 Iyun 2021 10:16

Dünəndən etibarən Azərbaycanda bir sıra karantin məhdudiyyətləri aradan qaldırılıb, ticarət mərkəzlərində alış-veriş başlayıb. Lakin onların tam formada bərpası vaxt tələb edir və tezliklə bunu gözləməyinə dəyməz. Pandemiya riteyl bazarını ciddi şəkildə bir növ format edib - bir çox şirkətlər ticarət meydançalarında prioritetləri dəyişib, alıcıların isə elektron ticarətə marağı artıb. Beynəlxalq təcrübəyə uyğun olaraq ticarət mərkəzlərini cəlbedici etmək qeyri-standart qərarlar, miqyaslı güzəştlər və digər tədbirlərin qəbulunu nəzərdə tutur. Ticarət mərkəzlərinə pandemiya dövründən sonra bərpa olunmaq, stresdən qurtarmaq üçün ən azı ilyarım vaxt gərəkdir.

Azərbaycan "Mall"ları durğunluqdan necə çıxa bilər? İlk növbədə bu sahədə dünya təcrübəsinə nəzər salınsa yaxşı olar. Ticarət şəbəkələri bir sıra spesifik faktorlardan asılıdır. Yerli "Mall"lar da hələ də, kinoteatrlar, uşaq əyləncə mərkəzlərinə qadağalar qalır. Bu da adətən ailə üzvləri, uşaqlar üçün bu yerlərə gələnlər üçün böyük bir minusdur. Nə qədər tez açılsa, bir o qədər də ticarət mərkəzlərinə gələnlərin sayı artacaq. Digər bir faktor elektron ticarətin artması ilə bağlıdır. Vətəndaşların diqqəti daha çox beynəlxalq ticarət şəbəkələrinə yönəlib. Bu vərdiş hələ uzun müddət qalacaq.

Beynəlxalq təcrübə göstərir ki, e-ticarət klassik kommersiyanı sıxışdıracaq və yaxın gələcəkdə ticarət mərkəzləri əsasən əyləncə seqmenti, istirahət və ictimai iaşə üzərində işini qurmalı olacaq. Ticarət mərkəzlərinin artım dinamikası ticarət mərkəzləri rəhbərlərinin arendatorlara olan siyasətindən də asılı olacaq. Ən əsası ilk aylarda 15-20 faiz güzəşt tətbiq edən mərkəzlər udacaq.

Kamran Seyidov


Etiketlər:  Malllar açıldı Alıcılar necə qayıdacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ