Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 18:04
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin şöbə müdiri vəzifəsindən azad edilən Aysel Erdoğanın məhkəmə iddiası təmin edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, aprelin 14-də Mərkəzin əmri ilə Erdoğan Aysel Rami qızı ilə bağlanan müqaviləyə xitam verilib və o, Talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsindən azad olunub.
A.Erdoğan bununla bağlı Nəsimi rayon məhkəməsinə müraciət edərək əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edib.
Hakim Rəşid Səmədovun çıxardığı qətnamə ilə şöbə müdirinin iddiası təmin edilib. Qərara görə, A.Erdoğan köhnə vəzifəsinə bərabər tutulan Talassemiyanın profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilib.
Ona aprelin 14-dən bəri məcburi işburaxma müddəti üçün də əmək haqqı ödəniləcək.