Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdən işləmək effektivdirmi? - ARAŞDIRMA

Evdən işləmək effektivdirmi? - ARAŞDIRMA

Tarix: 12 Iyun 2021 10:30

Dünyanın bir sıra ölkələrində pandemiya qadağaları qaldırıldıqca, işçilər ofislərə qayıdır, həftədə azı 2-3 gün ofisə gedirlər. İstənilən halda, tam evdən işləmək ənənəsi başa çatır.

Sonxeber.net xəbər verir ki, "The Economist" evdən işləməyin səmərəsi üzrə dəyərləndirmələrin aparıldığını yazıb. Nəşr yazır ki, ilkin dövrlərdə aparılmış sorğular məsafədən işin elə də məhsuldar olmadığını üzə çıxarıb. Amma Asiyanın bir texnologiya şirkətinin 10 mindən çox əməkdaşını əhatələyən yeni araşdırma başqa mənzərə ortaya qoyub. Araşdırma işçilərin məsafədən daha çox işlədiyini göstərib. Pandemiyadan öncəki dövrlə müqayisədə 30 faiz daha çox ümumi iş saatı qeydə alınıb. Ancaq əlavə iş saatları istehsalda artıma səbəb olmayıb. Saatbaşına istehsal 20 faiz azalıb.

Səbəblər

Bunun səbəbləri də maraqlıdır. Akademiklər işçilərin müxtəlif iclaslara və konkret zənglərə və elektron yazışmalara nə qədər vaxt ayırdığını təhlil ediblər. Məlum olub ki, daha uzun iş saatlarına baxmayaraq, işçilər pandemiyadan öncəylə müqayisədə işə daha az fokuslanıblar. Onların işə sərf etdikləri əlavə vaxt əslində, iclaslara gedibmiş. Digər tərəfdən, işçilər artıq iş saatları üçün əlavə pul da almayıblar. Doğrudur, onlar nəqliyyata vaxt sərf etməyiblər, amma iclaslarda keçən saatlara görə onlara kompensasiya verilməyib.

Kamran Seyidov


Etiketlər:  Evdən işləmək effektivdirmi ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ