Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 12:30
AVRO-2020-nin qrup mərhələsindəki ilk oyununu İtaliyaya qarşı keçirən Türkiyə millisi Bakıya yollanmağa hazırlaşır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, qardaş ölkə təmsilçisi bu gün paytaxtımıza yollanacaq.
"Ay-ulduzlular"ı gətirəcək təyyarə Bakı vaxtı ilə 14:00-da Romadan səmaya qalxacaq. Şenol Günəşin yetirmələri A qrupundakı son iki görüşünə məhz paytaxtımızda hazırlaşacaq.
Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.