Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 13:22
Ötən il ərzində Rusiyada alkoqoldan ölənlərin sayı 50 435 nəfər təşkil edib. 2019-cu ildə bu səbəbdən ölənlərin sayı 47 427 nəfərə bərabər olub. Bununla belə, 2019-cu ildə əvvəlki illə (48 786 nəfər) müqayisədə alkoqoldan ölənlərin sayında azalma qeydə alınmışdı.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Statistika Xidmətinin ("Rosstat") açıqlamasında deyilir.
Məlumata görə, Rusiyada psixiki pozuntular səbəbindən ölənlərin sayı 2020-ci ildə 24 159 nəfər təşkil edib. 2019-cu ildə bu səbəbdən ölənlərin sayı əvvəlki illə (19 440 nəfər) müqayisədə 20% azalıb. 2018-ci ildə psixiki pozuntular səbəbindən ölənlərin sayı 20 619 nəfərə bərabər olub.