Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigar Şabanova XTQ gizirinin üzüyünü qaytarıb? - AÇIQLAMA

Nigar Şabanova XTQ gizirinin üzüyünü qaytarıb? - AÇIQLAMA

Tarix: 14 Iyun 2021 15:35

Əməkdar artist Nigar Şabanova nişanını atması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Milli.Az bildirir ki, bu haqda baku.ws-ə danışan sənətçi, yayılan xəbərləri təkzib edib və şayiə olduğunu bildirib:

"Mən heç bir mətbuat orqanına elə açıqlama verməmişəm. Sübut etsinlər ki, nişanı qaytarmağımla bağlı nəsə demişəm.

Heç bir müxbirə elə məlumat verməmişəm.

Səhər tezdən oyanandan bu xəbərləri eşitdim hələ də özümə gələ bilmirəm.

O məlumatlar düzgün deyil. Elə bir xəbər yoxdur".

Qeyd edək ki, Nigar Şabanova bir müddət əvvəl XTQ giziri ilə nişanlanıb.

Cütlüyün toyu pandemiyadan sonraya planlaşdırılır.

Milli.Az


Etiketlər:  Nigar Şabanova gizirinin üzüyünü qaytarıb AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ