Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kaş boşanmış olardım'' - Gülüstan Əliyeva

''Kaş boşanmış olardım'' - Gülüstan Əliyeva

Tarix: 15 Noyabr 2025 22:35

"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlər. "Şəhidlik" ali ad, rütbədir".

Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Qadın lüğəti" layihəsində deyib. O, ikinci dəfə ailə qurmamasını belə cavablayıb:

"Zaman-zaman deyirdim ki, kaş boşanmış olardım. Başqa səbəblər olardı, onun acığına başqa addımlar atardım. Axı, o, təsadüfi bir ölümlə məndən ayrılmayıb. O, vətəni qucaqlayaraq məndən ayrılıb. Buna görə bu addımı ata bilmədim. Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Düzdür, amma yerinə qoya bilmədiyimiz insanlar var. Onun yerinə kimisə qoya bilmədim. Bu haqda heç vaxt düşünmədim. Həyatım elə qəribə, keçməkeşli, qaça-qaçlı, mübarizəli keçdi ki, bunlara vaxt tapmadım". 

Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğul övladı var. (axşam.az)


Etiketlər:  Kaş boşanmış olardım Gülüstan Əliyeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ