Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 23:38
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 74 nəfər həyatını itirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əs asən, COVID-19 infeksiyası ilə əlaqədar 219 290 nəfər test edilib, onlardan 5626-nın koronavirus testi pozitiv nəticə verib, 4585 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 929 nəfər olub.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 795 nəfər ölüb.
Türkiyədə indiyədək 5 336 073 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 206 836 nəfəri müalicə olunaraq evə buraxılıb.