Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da tibbi maska üstündə atışma olub, ölən və yaralananlar var

ABŞ-da tibbi maska üstündə atışma olub, ölən və yaralananlar var

Tarix: 15 Iyun 2021 08:44

ABŞ-da atışma olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Corciya ştatında, marketdə baş verib.

Belə ki, naməlum şəxslə kassir arasında tibbi maska üstündə mübahisə yaranıb. Naməlum şəxs silaha əl ataraq, kassirə atəş açıb, nəticədə mağazanın işçisi ölüb.

Bundan sonra mağazanın mühafizəçisi - keçmiş polis əməkdaşı ilə naməlum şəxs arasında atışma olub. Atışma zamanı onların hər ikisi xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Milli.Az


Etiketlər:  ABŞ da tibbi maska üstündə atışma olub ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ