Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada qadın başdansovdu təmir edilən eyvandan yıxıldı: BAŞ MÜHƏNDİS...

Rusiyada qadın başdansovdu təmir edilən eyvandan yıxıldı: BAŞ MÜHƏNDİS...

Tarix: 15 Iyun 2021 13:52

Rusiyanın Kirov şəhərində inşaat şirkətinin məsuliyyətsizliyi bir qadının eyvandan yıxılaraq ölümünə səbəb olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Oktyabrski prospektində yerləşən sözügedən bina 2020-ci ilin noyabr ayında yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib.

Lakin tikintini aparan şirkət eyvana dəmir barmaqlıqlar quraşdırmadan binanı təhvil verib.

Dördüncü mərtəbədə yaşayan bina sakini eyvana çıxarkən müvazinətini saxlaya bilməyib və yıxılıb. Qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Müstəntiqlər qadının ölümündə inşaat şirkətinin baş mühəndisinin məsuliyyət daşıdığını müəyyənləşdirib.

İstintaq zamanı mühəndis cinayətdə günahkar olduğunu qismən etiraf edib.

Təsdiqlənən ittiham aktı prokuror tərəfindən mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Şirkətin baş mühəndisi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə (bir şəxsin ölümünə səbəb olan təhlükəsizlik tələblərini pozaraq iş apardığına görə) ittiham olunur.

Milli.Az


Etiketlər:  Rusiyada qadın başdansovdu təmir edilən eyvandan yıxıldı BAŞ MÜHƏNDİS


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ