Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtalyan rahibə İrandan qovuldu

İtalyan rahibə İrandan qovuldu

Tarix: 17 Iyun 2021 09:18

İran dövləti 26 il Təbrizdəki "Baba Bağı" cüzam mərkəzində xidmət etmiş və son bir neçə ildə təqaüdə çıxmış Vatikan kilsəsinin italyan rahibəsini ölkədən çıxarıb.

Milli.Az "Vatican News"a istinadən bildirir ki, 75 yaşlı italyan rahibə Cuzeppe Berti ömrünün üçdə birindən çoxunu İranda cüzam mərizlərinə kömək etməyə həsr edib və təqaüdə çıxdıqdan sonra dörd il boyu İsfahanda katolik klsəsinin "Sevgi Qızları" monastırında yaşayırdı.

İran dövləti xanım Bertinin ölkədə yaşama müddətini uzatmayıb.

Son bir neçə ildə italyan rahibələr monastırdan kənarda ümumiyyətlə fəaliyyət göstərməyiblər və İran hökumətinin niyə Berti xanımın yaşayış icazəsini uzatmadığı və ondan ölkəni tərk etməsini istəməsinin səbəbi aydın deyil.

Milli.Az


Etiketlər:  İtalyan rahibə İrandan qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ