Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 17:26
Rusiya səfiri Anatoli Antonov gələn həftə Vaşinqtona qayıdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında bildirib.
"Rusiyanın ABŞ-dakı səfirinin məsələsi, şübhəsiz ki, hamını maraqlandırır. Onun növbəti iş həftəsini Vaşinqtonda keçirəcəyini ehtimal edirik", - Rusiya XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Baydenin ABC telekanalına müsahibəsindən sonra Kreml və Ağ Ev arasında gərginlik yaranmış, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün mart ayında Moskvaya məsləhətləşməyə çağırılmışdı.