Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Boeing” şirkəti pandemiya dövründə MAX təyyarələrinin çoxunu satıb

“Boeing” şirkəti pandemiya dövründə MAX təyyarələrinin çoxunu satıb

Tarix: 17 Iyun 2021 22:52

ABŞ-da və dünyanın digər regionlarında hava daşımalarına olan tələbatın sürətlə bərpa olunması "Boeing" aviakonserninə pandemiya dövründə tələbatın olmadığı təyyarələr üçün alıcılar tapmağa imkan verib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə" The Wall Street Journal" qəzeti məlumat yayıb.

Ekspertlər qeyd edirlər ki, beynəlxalq hava daşımaları hələ əvvəlki səviyyəyə çatmasa da, son aylarda ABŞ-da daxili hava daşımalarında artım hiss olunur. Daxili reyslərin yüklənməsi təxminən 84 % təşkil edir, hava limanlarında gündəlik sərnişin axını isə 2020-ci ilin martından indiyədək ilk dəfə olaraq 2 milyon nəfərə çatıb.

Aviaşirkətlər artan tələbata cavab verərək yeni reyslər əlavə edir və işçi ştatını genişləndirir, həmçinin təyyarə parklarını artırırlar.

Tələbatın olmadığı "Boeing MAX" təyyarələrini almış yerli şirkətlər arasında "United Airlines Holdings Inc." və "Alaska Air Group Inc." şirkətləri var.


Etiketlər:  Boeing şirkəti pandemiya dövründə təyyarələrinin çoxunu satıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ