Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2021 08:44
"Boeing 737 MAX 10" sərnişin təyyarəsi ilk uçuşunu həyata keçirib. Uçuş cümə günü yerli vaxtla səhər saat 10:07-də (Bakı vaxtı ilə 21:07) Vaşinqtonun Sietl şəhəri yaxınlığındakı Renton hava limanından baş tutub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, təyyarə 2023-cü ildə tam istifadəyə verilməzdən əvvəl geniş sınaqlardan keçəcək.
Təyyarə Renton hava limanından Vaşinqton ştatındakı Qrant dairə beynəlxalq hava limanına doğru hərəkət edib. Cədvələ əsasən onun enişi saat 12:37-də (Bakı vaxtı ilə 23:37-də) tamamlanıb.