Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aybəniz Haşımova aparıcılıq edəcək

Aybəniz Haşımova aparıcılıq edəcək

Tarix: 19 Iyun 2021 11:50

Əməkdar artist Aybəniz Haşımova yenidən aparıcılıq fəaliyyətinə başlayacaq.

Sonxeber.net xəbər verir ki, bu haqda sənətçi şəxsi "Instagram" hesabında bildirib. Haşımova yeni layihəsini gənc ifaçı Nicat Mənsimovla birlikdə reallaşdıracaq:

"Verilişim maarifləndirici, musiqili və əyləncəli tərtibatda olacaq. Çalışacağıq ki, insanların maraq dairəsinə uyğun olsun. Onlar bu layihədən zövq alsınlar. Proqram zamanı aşpazlıq məharətimi də göstərəcəm.

Verilişin adı "Aybəniz nicat tapar" olacaq. Musiqili və əyləncəli proqram "Youtube"da yayımlanacaq".

Qeyd edək ki, Haşımova sonuncu dəfə bir neçə il əvvəl "Xəzər" kanalında yayımlanan "Zərif qol saatları" proqramının aparıcısı olub.


Etiketlər:  Aybəniz Haşımova aparıcılıq edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ