Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıda sona qədər döyüşəcəyik'' - APOEL-in futbolçusu

''Bakıda sona qədər döyüşəcəyik'' -  APOEL-in futbolçusu

Tarix: 7 Avqust 2019 10:40

"Qarabağ"la oyundakı səhvlərimizdən dərs çıxarmalıyıq. Üzərimizdə çox çalışmalıyıq".

Qol.az xəbər verir ki, bu sözləri APOEL-in futbolçusu Andre Vidiqal Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la keçirilən ilk oyunundan sonra deyib.

Portuqaliyalı yarımmüdafiəçis Kipr mətbuatına açıqlamasında evdə 1:2 uduzmalarına baxmayaraq, mübaizənin qarşıda olduğunu bildirib: “Bəli, ilk görüşdə qalib gələ bilmədik. Ancaq mərhələ keçmək üçün cavab matçında sona qədər döyüşəcəyik. 95-ci dəqiqədə qol vurduq. Səfərdə də bu əzmkarlığı təkrarlamalıyıq. Bu, bizim komandadır, son dəqiqəyə qədər mübarizə aparırıq”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.

 


Etiketlər:  Bakıda sona qədər döyüşəcəyik APOEL futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ