Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2019 10:40
"Qarabağ"la oyundakı səhvlərimizdən dərs çıxarmalıyıq. Üzərimizdə çox çalışmalıyıq".
Qol.az xəbər verir ki, bu sözləri APOEL-in futbolçusu Andre Vidiqal Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la keçirilən ilk oyunundan sonra deyib.
Portuqaliyalı yarımmüdafiəçis Kipr mətbuatına açıqlamasında evdə 1:2 uduzmalarına baxmayaraq, mübaizənin qarşıda olduğunu bildirib: “Bəli, ilk görüşdə qalib gələ bilmədik. Ancaq mərhələ keçmək üçün cavab matçında sona qədər döyüşəcəyik. 95-ci dəqiqədə qol vurduq. Səfərdə də bu əzmkarlığı təkrarlamalıyıq. Bu, bizim komandadır, son dəqiqəyə qədər mübarizə aparırıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.