Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 12:10
Hər gün yüzlərlə insanın keçdiyi küçədə səki yararsız vəziyyətdədir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Səbail rayonu, Qurban Abbasov küçəsindən gedir.
Təxminən 1 metr eni olan səkiyə həm də işıq dirəkləri quraşdırılıb.
Səki yararsız və ensiz olduğundan vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur olduqlarını deyirlər.
Ərazidə yaşayan sakinlər bu vəziyyətin uzun müddətdir ki, davam etdiyini bildirirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə dəyişməyib.
Vətəndaşlar deyirlər ki, burada dəfələrlə qəza şəraiti yaranıb.
Problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, səki işıq dirəkləri quraşdırılarkən yararsız vəziyyətə düşüb və hələ də bərpa edilməyib. Ancaq bu işin hansı qurum tərəfindən icra edildiyi haqqında məlumatları yoxdur.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, küçələrdə işıq dirəklərinin quraşdırılması onların səlahiyyətləri çərçivəsində deyil.
Bakı Şəhər İşıq İdarəsindən isə deyildi ki, dirəkləri quraşdıran zaman səkiyə zərər verəcək heç bir qazıntı işləri aparılmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: