Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 21:34
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla növbəti görüşünü keçirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 17-ci turun blits qarşılaşması Rəcəbovun qələbəsi ilə başa çatıb. Qara fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə rəqibini məğlub edib.