Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 23:54
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskvanın Jitnaya küçəsindəki binasının altıncı mərtəbəsində yanğın baş verib, yanğın lokallaşdırılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə TASS-a təcili yardım xidmətindəki mənbə bildirib.
"Altıncı mərtəbədə, Daxili İşlər Nazirliyinin Jitnaya küçəsi, bina 12a ünvanındakı server otağında yanğın baş verib. İnsanlar binadan təxliyə olunub", - deyə məlumatda qeyd edilib.
Daha sonra yanğının lokallaşdırıldığı, onun sahəsinin araşdırıldığı bildirilib. Binada olan avtomatik yanğın söndürmə sistemi işə salınıb.
Açıq mənbələrdən əldə edilən məlumata görə, binada DİN-in baş inzibati-təsərrüfat və nəqliyyat dəstəyi mərkəzi və müqavilə-hüquq departamenti yerləşir.