Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu da oldu - Olimpiadanı qocalar qoruyacaq

Bu da oldu - Olimpiadanı qocalar qoruyacaq

Tarix: 23 Iyun 2021 09:42

Yaponiyada təqaüdə çıxmış polis əməkdaşları Tokio Olimpiadasında təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Belə ki, təqaüdə çıxmış və yaşı 65-dən 87-yə qədər olan keçmiş hüquq mühafizə orqanlarının əməkdaşları Tokio Olimpiadasında oyunların keçiriləcəyi obyektlərin təhlükəsizliyinə nəzarət edəcək.

Qeyd olunur ki, təqaüdçülərin fəaliyyəti könüllü əsaslarla təşkil olunacaq.

Veteran polis işçiləri əsasən tamaşaçıların üzərinə baxış keçirəcək, insanların axınını tənzimləməkdə iştirak edəcəklər.

Milli.Az


Etiketlər:  oldu Olimpiadanı qocalar qoruyacaq


RƏYLƏR