Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 12:56
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Lerik rayonun Orand kəndi ərazisində 7 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 5672 kiloqram olan 15321 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.