Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

45 mindən artıq fermerə subsidiya ödənib - VİDEO

45 mindən artıq fermerə subsidiya ödənib - VİDEO

Tarix: 24 Iyun 2021 11:00

Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlər qəbul edilir

2021-ci il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib. Həmin ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib.

Milli.Az Real TV-ə istinadən bildirir ki, subsidiyalar torpaq analizlərini vaxtında təqdim edən, əkin sahələri monitorinqə düşməyən və əkin sahələrinin monitorinqi başa çatan fermerlərə verilib. "Fermerlərin əkinlərini vaxtında və doğru bəyan etməsi bizə subsidiyaları tez ödəmək imkanı verdi.

AKİA-nın rəsmisi Ruslan Zeynal həmçinin Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər mövzusuna da toxundu. Bildirdi ki, təkrar əkin subsidiyası almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanı avqustun 31-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.

Qeyd edək ki, təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

Milli.Az


Etiketlər:  45 mindən artıq fermerə subsidiya ödənib VİDEO


RƏYLƏR