Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada ilk dəfə keçirilən ''Jara''da nələr baş verdi? - FOTOlar

Moskvada ilk dəfə keçirilən ''Jara''da nələr baş verdi? - FOTOlar

Tarix: 24 Iyun 2021 12:10

Rusiyada "Crocus City Hall"da Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara-2021"in açılış mərasimi olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  iyunun 27-nə kimi davam edəcək tədbirdə Rusiya şou-biznesinin məşhur simaları çıxış edəcəklər. İlk dəfə Moskvada keçirilən beynəlxalq musiqi festivalının açılış gecəsində əvvəlcə ulduzlar qırmızı xalçadan keçiblər.

Ümumilikdə 200 müğənninin çıxış edəcəyi tədbir bir neçə hissədən ibarət olacaq. Tədbirin ilk günündə müğənnilər mahnılarını səsləndiriblər. Bu gün isə Dmitri Malikovun yaradıcılıq gecəsi keçiriləcək. Eyni zamanda 2000-ci illərin hit mahnılarının ifaçıları səhnəyə çıxacaqlar.

Festivalın üçüncü günü İqor Nikolaev və Oleq Qazamanovun yaradıcılıq gecəsi keçiriləcək. Burada da müğənnilər səhnəyə çıxacaqlar.

"Jara"nın növbəti günündə Qriqoriy leps və "Friends"in konserti olacaq. Gecədə 1990-cı illərin hitləri ifa ediləcək.

Milli.Az


Etiketlər:  Moskvada dəfə keçirilən Jarada nələr baş verdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ