Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda iki marşrut avtobusu toqquşdu, 7 nəfər xəsarət aldı - FOTO

Bakıda iki marşrut avtobusu toqquşdu, 7 nəfər xəsarət aldı - FOTO

Tarix: 24 Iyun 2021 15:46

15:45

Bakıda sərnişin avtobusları toqquşub.

Bu barədə Sonxeber.net-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət "BakuBus" MMC-dən izahat tələb olunub.

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

----------

13:43

Bakıda avtobusların iştirakı ilə ağır qəza baş verib.

Sonxeber.net xəbər verir ki, hadisə zamanı ölən və yaralananlarla bağlı məlumat yoxdur.


Etiketlər:  Bakıda marşrut avtobusu toqquşdu nəfər xəsarət aldı FOTO


RƏYLƏR