Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Delta” ştammı daha bir ölkədə qeydə alındı

“Delta” ştammı daha bir ölkədə qeydə alındı

Tarix: 24 Iyun 2021 17:54

Qazaxıstanın paytaxtı Nur-Sultanda son sutka ərzində qeydə alınan koronavirusa yoluxma hallarının 56 faizi Hindistanda meydana gələn "Delta"  ştammının payına düşür.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hökumət nəzdindəki "COVID-19" üzrə idarələrarası komissiya yeni növün yayılması ilə əlaqədar daha əvvəl yumşaldılmış karantin tədbirlərinin sərtləşdirilməsinə qərar verib.

Baş nazirin müavini Yeralı Tuqjanov 1 fevraldan bu günə qədər ölkəyə 7 milyon doza peyvənd gətirildiyini, bunlardan yalnız 4.6 milyon dozanın tətbiq olunduğunu bildirib.

Qeyd edək ki, son bir gündə ölkədə koronavirusa yoluxanların sayı 1496 artaraq 413.267-yə çatıb.


Etiketlər:  Delta ştammı daha ölkədə qeydə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ