Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2021 18:08
Daşkəsəndə yabanı halda bitən çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 2487 kiloqramdan artıq olan, 8495 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.