Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç ay əvvəl qonaq getdiyi evdən itkin düşüb - FOTO

Üç ay əvvəl qonaq getdiyi evdən itkin düşüb - FOTO

Tarix: 24 Iyun 2021 18:24

Abşeron rayon sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu ilin mart ayında qonaq getdiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb və daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Həmin şəxsin əlamətləri-boyu 164 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində tünd göy rəngli gödəkçə, qara köynək, şalvar və ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)-255-23-52 şəhər və 050-224-64-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az


Etiketlər:  Üç ay əvvəl qonaq getdiyi evdən itkin düşüb FOTO


RƏYLƏR