Tarix: 7 Avqust 2019 16:56
"Liverpul" futbolçusu Harri Uilsonu icarəyə göndərib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Uels millisinin üzvü 2019/20 mövsümünü Premyer Liqanın digər təmsilçisi “Bornmut”da keçirəcək.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Derbi Kaunti"də icarədə olub və 40 oyuna 15 qol vurub.