Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 00:12
Fransada koronavirusun "Delta" variantı keçən həftəyə nisbətən sürətlə artaraq 9-10 faiz təşkil edib.
Bunu Fransa hökumətinin sözçüsü Qabriel Attal Nazirlər Kabinetinin iclasından sonra etdiyi açıqlamada deyib.
Fransa Xalq Sağlamlığı Agentliyinin dünənki məlumatlarına görə, epidemiyada ölənlərin sayı 110 891-ə çatıb.
Virus aşkarlanan insan sayı 2 320 nəfər artıb və 5 762 322 nəfər olub.