Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 09:00
Bakı Nəqliyyat Agemtliyi paytaxt ərazisində sıxlıq yaranan avtomobil yollarının siyahısını açıqlayıb.
Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi - (Əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Abdulvahab Salamzadə küçəsi - Əsas yol - (Qələbə dairəsindən başlayaraq, Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq müşahidə olunur.
Həmçinin Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.