Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2025 14:34
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Balaxan oğlu Quliyevin qalıqları oktyabrın 30-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.
Sonxeber.net xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Elçin Quliyev 1965-ci il oktyabrın 15-də anadan olub. O, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb. Elçin Quliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.